Növbə ABŞ-a gələndə "bahar" olmur


ABŞ dəstəkli "Ərəb yazı" mifini göstərən ən yaxşı nümunə yenə ABŞ-da yaşandı. "Wall Street'i işğal qrupunun keçirdiyi mitinqdə 700 nəfər həbs olundu. Həbs olunanlar arasında 1 jurnalist də var.

 

ABŞ iqtisadi siyasətinə və finans maqnatlarına etiraz etmək üçün toplanan xalq polisin kəskin müqaviməti ilə qarşılaşdı. Polis 700 nəfəri həbs etməklə yanaşı Nyu-York Tayms qəzetinin müxbiri Nataşa Lennardı da həbs edib. Sakit aksiya keçirən etirazçılara sərt polis müdaxiləsindən sonra yoldan keçən insanlar da, etirazçılara qoşuldular.

[caption id="attachment_3215" align="aligncenter" width="450" caption="Etirazçıların açdığı posterlərdən biri"]Etirazçıların açdığı posterlərdən biri[/caption] Bir neçə həftə əvvəl də keçirilən aksiyalarda polisin sərt müdaxiləsinin video lentləri ABŞ "demokratiyasına" ciddi tənqidlər gətirmişdi. Həmin hadisələrə etiraz olaraq dünən də yüzlərlə insandan ibarət bir qrup Nyu-York polis departamentinə etiraz yürüyüşü keçirmişdilər. Nəzərinizə çatdıraq ki, bir neçə müddət əvvəl burjuaziya mətbuatının   "Ərəb Baharı" mifindən başı ayılmırdı. Bu hadisələr barədə isə nə bir amerikan nə də digər ölkə KİV-ləri həmişəki kimi sakit qaldılar.  

(c) SOLFRONT