Türk sol hərəkatı rəngarəng və çox çeşidlidir. Qırmızı bayraq altında ən müxtəlif partiyaların belə say çoxluğu insanı çaşdırır. Onların əksəriyyəti doğurdan da kütləvidir, lakin nadir hallarda bir-birləri ilə dostluq edirlər. Hətta Türkiyə barədə sol içərisində belə bir lətifə gəzir ki, orada sol trotskistlərə parçalanıb, ancaq bununla belə, hamı trotskist yox, “stalinistdir”. Türkiyə – mürəkkəb ölkədir. Orada “ikinci növ insanlar” kimi qəbul olunan kürdlərin milli istismarı qanuniləşdirilib. Şərqdə dayanmadan Kürd Fəhlə Partiyasının başçılığı altında üsyançılar ilə ordu arasında döyüşlər gedir. Kiprin şimal hissəsi türk ordusu tərəfindən işğal olunub ki, bu da daha bir gərginlik ocağı yaradır. Ölkədə, o cümlədən Osmanlı imperiyasının yenidən qurulmasını sərsəmləyən islamçıların da təsiri böyükdür. Bundan əlavə, ABŞ regionda təsirini möhkəmləndirmək üçün Türkiyədən istifadə edir. ABŞ-ın müttəfiqi və bütün müsəlmanların düşməni olan İsraillə də mürəkkəb münasibət qurulub. Ən müxtəlif və çox vaxt bir-birinə mane olan faktorların çoxluğu, onların adekvat dəyərləndirilməsinin çətinliyi vahid taktikanın hazırlanmasına mane olur.
Türk kommunistləri arasında iki partiya daha çox seçilir - Türkiyə Kommunist Partiyası (TKP) və Əmək partiyası (EMEP). TKP təqribən əlli il əvvəl leqallaşdırılıb (ona kimi kommunistlər qadağa altında idilər), ölkə universitetlərində, gənclər və müəllimlər arasında kifayət qədər güclü mövqedədirlər. Bu partiyanın nəzəri duruşu beynəlxalq kommunist hərəkatlarının mövqeyinə daha yaxındır, hansı ki, ortodoksal hesab edilir. EMEP əməkçi kollektivlərdə, həmkarlar arasında daha güclüdür. İdeoloji sferada xocait xətti ilə gedir, hansı ki, SSRİ-də Stalinin ölümü və Sovet KP-nın XX Qurultayından sonra sosializmin, yerini sosial-imperializmə verdiyi qənaətindədir. TKP və EMEP-dən başqa digər partiyalar da vardır, məsələn, mübarizəsini qeyri-leqal şərtlərdə davam etdirən Şimali Kürdüstan və Türkiyə Marksist-leninist Partiyası (MLKP).
Müəyyən izahdan sonra aşağıdakı materialın mənşəyi barədə danışmaq olar. Oxucuya təqdim edilən müsahibə – oktyabrın ortalarında İstanbulda RKİP (Rusiya kommunist işçi partiyası) nümayəndələri və EMEP rəhbərləri arasında olan söhbətin çevirməsidir. Bu görüş rəsmi danışıq xarakteri daşımırdı və əvvəlcədən hazırlıq olmamışdı. Təsadüfi hadisə ilə Rusiya kommunistlərinin nümayəndəsi Afinadan geri dönərkən bir gün İstanbulda qalmaq fürsəti qazanır və bu boş vaxtı faydalı iş üçün dəyərləndirməmək gunah olardı. Söhbət kommunist Evrensel qazetinin redaksiyası yaxınlarındakı açıq kafedə tünd çay eşliyində gedib... Beləliklə...
*** - İndi ölkənin şərqində vəziyyət necədir? - Son aylarda sülh şəraiti pozulub. Türk hökuməti kürd üsyançılarına qarşı hücumları bərpa etdi. Kürd Fəhlə Partiyası da eynən cavab verdi. İki tərəfdə də itkilər var. - Bununla nəsə etmək olarmı? - Hökumətə təzyiq etmək, mümkün olsa, məsələn türk-kürd nümayişləri təşkil etmək olar. - Ümumiyyətlə, sizin kürdlərlə əməkdaşlığınız necə davam edir? - EMEP leqal kürd hərəkatları ilə əməkdaşlıq edir. Seçkilərdən öncə biz onlarla və digər sol nümayəndələri ilə vahid blok yaratdıq. Seçki nəticələrinə görə bizim blok parlamentdə 36 yer qazandı. O cümlədən, partiya lideri də deputat oldu. Səciyyəvidir ki, bizim siyahıya görə seçilən 36 deputatdan 6-sı hələ də həbsdədir. Buna etiraz olaraq bütün deputatlarımız parlamentin ilk yığıncağına getmədi. Ancaq oktyabrda yəqinki, bu boykot sona çatacaq.- Bəs seçkilərdən sonra bu cəbhə dağıldı?
- Yox. Əksinə, indi yerli səviyyədə konfrans və yığıncaqlarla daha geniş cəbhə yaratmağa çalışırıq.
- Kürd məsələsinə qayıdaq. Türkiyə sol hərəkatında bu problem əsl əngələ çevirilib. Müxtəlif sol təşkilatların kürd məsələsinə münasibətini necə xarakterizə edərdiniz?
- Üç mövqe daha çox seçilir. Birincisi - işçi sinfini nəzərə almamaqla, stakvanı kürd milli hərəkatına qoymaq. Belə siyasət sosial-demokratlara xasdır, hansılar ki, çox güman işçi hərəkatları ilə əlaqədə olmurlar. İkinci mövqe - türk kommunist partiyasının (TKP-nin) mövqeyidir. Onlar kürd hərəkatını dəstəkləyir, lakin onlarla əlaqədə deyillər. TKP-yə yalnız inqilabdan sonra kürd məsələsinin həlli mümkündür, kimi bəyanatlar vermək xarakterikdir. Nəhayət, üçüncüsü - bizim partiyanın mövqeyidir, hansı ki, kürd hərəkatının leqal qanadı ilə birləşib. Biz onların anti-imperialist mübarizəsini dəstəkləyir və həm də onlarla birgə işləyirik.
- Bəs Türkiyə Marksist-leninist Partiyası (MLKP) və onların kürdlərlə işləri barədə nə deyə bilərsiniz?
- Bu çox kiçik və qapalı təşkilatdır. Onlar Kürd Fəhlə Partiyası ilə əməkdaşlıqdadırlar, özü də silah sahəsində. Düşünürük ki, indiki vəziyyətdə silahlı mübarizə əsassızdır.
-Siz kürdlərin öz müqəddəratını həll etmək hüququnu dəstəkləyirsinizmi? Burada digər partiyalarla fərq nədədir?
- Bəli,biz bütünlüklə dəstəkləyirik. Bizdən fərqli olaraq, TKP hesab edir ki, kürdlərin ayrıca dövlət barədə tələbini dəstəkləmək gərəksizdir. Onların mövqeyi ondan ibarətdir ki, SSRİ kimi sosializm üçün təsirli forpost yoxdursa, haradansa kömək gözləmək qeyri-mümkündür, kürdlər vahid dövlət, yəni Türkiyə çərçivəsində mübarizə etməlidirlər. TKP-yə görə, indi millli anti-imperialist hərəkatlar yoxdur, çünki sosialist düşərgə mövcud deyil. Bu partiya fələstinlilərin öz müqəddəratını həll etmə haqlarını tanıyır, lakin kürdlərin isə yox.
Bizim partiya problemin həlli kimi kürdlərə regional muxtariyyət təklif edir, TKP isə deyir ki, bu həll deyil, separatizmdir və imperialistlərin planıdır. Bununla belə, partiya kürdlərin müstəqil olmalarını dəstəkləyir, ancaq TKP düşünür ki, buna qarşı vahid ölkə (Türkiyə) üçün mübarizə aparmaq lazımdır.
- Əgər millətlərin öz müqəddəratını həll etməsini dəstəkləyirsinizsə, sizin partiya Kosovo barədə nə düşünür?
- Əlbəttə, bu region üçün ən yaxşı variant Yuqoslaviya idi, lakin o da parçalandı. Birləşmiş ölkə həmişə yaxşıdır. Görürük ki, Kosovonun müstəqilliyi insanlara xidmət etmir. Lakin onlar referendum keçirməklə xalq iradəsi nümayiş etdirdilər. Təbii ki, referendumun keçirilməsi prosesi barədə qınaqlar var. Ancaq yenə də bu, xalqın iradəsidir və onu qəbul edirik. Analoji situasiyada Lenin Finlandiya azadlığını elan edərkən onların öz öhdələrinə buraxmışdı. Əlbət, bunun kimi vəziyyətlər imperializm tərəfindən istifadə oluna bilər, lakin siz insanlara deyə bilməzsiniz ki, imperializm sizdən istifadə edir. Biz onların seçiminə hörmət edirik.
- Kipr problemi barədə nə fikirləşirsiniz?
- Kipr məsələsinin ideal həlli - iki zonalı vahid dövlətdir. Yunanıstan, Türkiyə və B.Britaniya oradan çıxmalıdırlar, həm hərbi, həm də siyasi təsir baxımından.
- AKEL (Zəhmətkeş xalqın mütərəqqi partiyası) tərəfindən Kipr məsələsinin Avropa İttifaqının (Aİ) köməkliyi ilə həlli ümidləri nə dərəcədə düzgündür?
- Bu qeyri-real fantaziyalardır. Almaniya və Fransa öz şəxsi maraqlarına əsaslanırlar, Aİ-na də məhz onlar rəhbərlik edir.
- Partiyanız Türkiyə və İsrail arasında bu yaxınlarda alovlanan münaqişə barədə nə fikirləşir?
- Biz Fələstinin müstəqilliyini dəstəkləyirik. Türk hökuməti də eynilə bunun tərəfdarı olduğunu elan etdi. Biz insanlara bu iki dəstək arasındakı fərqi başa salmaqda çətinlik çəkirik. Axı hökumətin bu barədə başqa planları var, regionda dominantlıq etmək istəyir. ABŞ Türkiyəni dəstəkləyir, onlarsa İsraili. Üzdə ziddiyyətlidir. Ərəblər üçün Ərdoğan (Türkiyənin baş naziri) əsl qəhrəman oldu və bununla belə onun əsl üzünü tanımaq olmur. O deyir ki, problem əslində İsraillə deyil, Netanyahu hökuməti ilədir. Bundan başqa, AKP-nin (Ədalət və İnkişaf Partiyası) güclü antisemit meylliyi var. Türk cəmiyyətində də bu təsir güclüdür.
- Yeri gəlmişkən, Yaxın Şərqin bir çox kommunist partiyaları ümumiyyətlə İsrail dövlətinin mövcud olma haqqını tanımırlar. Bu barədə nə deyərdiz?
- Əgər İsrail dövlətini tanımasaq, onda yahudiləri hara edək? ABŞ-a? (gülür) Biz ərazidə iki dövlətli sxemin tərəfdarıyıq: həm yəhudi, həm də Fələstin torpaqlarında- ərəb.
- “Ərəb baharı” adlandırılan hadisələri necə qiymətləndirirsiniz?
- Bütün region- Yaxın Şərq və Şimali Afrika son dərəcə qeyri-stabildir. Nəzərə almaq lazımdır ki, müstəmləkə keçmişi sayəsində Şimali Afrikada sərhədlər süni olaraq çəkilib və bu da millətlərarası münaqişəyə səbəb olub. Millətlər və tayfalar bir-biriləri ilə dalaşır, baxmayaraq ki, onlar hamısı ərəbdirlər. İsraildə isə bildiyiniz kimi etirazlar yüksəlib. Bunlar həm yəhudi, həm də ərəblərdir – onlar öz problemlərini özləri həll etmək iqtidarındadırlar.
Qafqaz, Əfqanıstan, Balkanlar... Hərdən bizə elə gəlir ki, biz böyük regional və hətta dünya müharibəsi kandarındayıq.
***
Rusiyalı həmsöhbət EMEP-in bütün mövqeləri ilə razılaşmadı. Xüsusilə də, kürdlərin öz müqəddəratını həlletmə haqları barədə olan qarışıqlıq Kosovo sualını doğurdu, hansına ki, türk yoldaşlar çox zəif cavab verdilər. O cümlədən, İsrail hökuməti haqqındakı suallar da maraq oyatdı. Növbədə isə bu görüşdən öncə Beyrutda baş verən söhbətdən bir fraqmentdir (Qeyd edək ki, indi həmin adam sərhəd yaxınlığında İsrail hərbçilərinin gülləsinə tuş gəlib və xəstəxanada yatır).
...Livan kommunist partiyası İsrailin kommunist partiyaları ilə hər hansı bir əlaqələr qurubmu?
- Yox. Amma bəzi beynəlxalq tədbirlərdə görüşürük.
- Niyə belə?
- Bir neçə səbəbləri var. İlk növbədə, qanunən olaraq onlarla əlaqə yarada bilmərik. Livanla İsrail müharibə şəraitindədirlər və düşmən ölkə ilə hər hansı bir münasibət izlənilir. İkincisi, bu siyasi nöqteyi nəzərdən faydasızdır. Bildiyin kimi, bizim ölkədə islamçıların təsiri çoxdur, xüsusilə də “Hizbulla”nın. Kommunistləri isə sevmirlər və əgər biz hər hansı bir İsrail təşkilatı ilə, hətta İsrail KP ilə belə açıq əlaqələrə girsək, bizi düşmən kimi qəbul edərlər. İslamçılar xalqı kommunist partiyasının üzərinə qaldırarlar. Və nəhayət üçüncüsu, İsrail KP ilə fikir ayrılığı var.
- Nə kimi?
- Birincisi, elə İsrail dövlətinin mövcudatı barədə. Biz bu dövlətin mövcud olma haqqını tanımırıq.
- Bəs yaxşı, onunla nə etməli? İsrailin yerində nə olmalıdır?
- Birləşmiş Fələstin olmalıdır. Burada iki - ərəb və yəhudi - dövlətin olması bizim şəraitdə dalana gətirib çıxarır, ona görə də sosializmin qalib gəlməsə, bu ölkələr manipulyasiya üçün imperialistlər tərəfindən istifadə olunacaqlar. Bu səbəbdən gələcək yalnız fələstinlilərin yaşayacağı vahid sosialist Fələstindədir. Çünki, axı həm yəhudilər, həm də ərəblər fələstinlidirlər.
-Yeganə fikir ayrılığı bundadır?
- Xeyr, problem həm də dövlətlər arasındakı müharibədədir. Bizə görə, nə qədər çox İsrail əsgərləri ölsə, o qədər yaxşıdır. İsrail KP üçün isə əksinə. Onlar öz dövlətlərinin məğlubiyyətlərini istəməzlər axı!
- Bolşeviklər nə vaxtsa istəyirdilər... “Əgər siz İsrail dövlətinin mövcud olmasının əleyhinəsinizsə, o zaman sual çıxır: siz yahudilərin öz müqəddəratını həll etmə haqqını tanıyırsınızmı?
- İndiki vəziyyətdə bu hiyləgərlik olardı. Yəhudilər bir millət kimi Fələstini çoxdan tərk ediblər. Yalnız XIX əsrin sounda Fələstinə qaçqın axını başladı. Nüfuzlu təşkilatlar bu torpaqları satın alıb süni şəkildə bütün dünyadan yəhudiləri bura köçürdülər: “Bu da millət!” deyə bilmək üçün! Bu təcrübə hələ də davam etməkdədir. Fələstin torpaqlarında sakinləşmə orada möhkəmlənmək məqsədi gözləyir, sonradan buranın İsrailin ayrılmaz hissəsi olduğunu elan etmək üçün.
***
Bu material qətiyyən Yaxın Şərq sol hərəkatının tam təsvirini vermək iddiasında deyil, ola bilər ki, hətta cavabdan çox sual yaradır. Bununla belə, ümid edirik ki, bu söhbət heç olmazsa regionun milli hərəkatlarında mövcud olan mürəkkəb proseslər və müxtəlif ölkələrin kommunistlərinin baş sındırdığı digər məsələlər barədə ilkin təxmini təəssürat yaratmağa kömək etdi.
Bütün bunları heç bir mötəbər KİV-nin xəbər lentlərində tapa bilməzsiniz. Elə ona görə də kimdəsə elə təəssürat yarana bilər ki, beynəlxalq kommunist hərəkatı yoxdur, tükənib. Amma bu elə deyil. Verilən materialda sadəcə səthi olaraq böyük və arasıkəsilməz işin bəzi aspektləri verilmişdir, o iş ki, zəmin hazırlayaraq dünyanın kökündən yenidənqurulması məqsədini qoyub.
Tərcümə: Nigar Ərəbli (c) solfront.org
[Yazı original məqalədən solfront.org üçün hazırlanmışdır]
***
Далеко не все позиции EMEP вызвали согласие у российского собеседника. В частности, путаница относительно права курдов на самоопределение породила вопрос про Косово, на который турецкие товарищи также ответили достаточно слабо. Интересен и вопрос об отношении к государству Израиль. Вот фрагмент другого разговора, состоявшегося значительно раньше в Бейруте. Собеседником был один из руководителей комсомола Ливана. (Сейчас он лежит в больнице, поскольку попал под обстрел израильской военщины вблизи границы.) - ...Поддерживает ли Компартия Ливана какие-либо отношения с Компартией Израиля? - Нет. Лишь иногда встречаемся на международных мероприятиях. - Почему так? - Есть несколько причин. Во-первых, мы по закону не можем поддерживать отношения с ними. Ливан и Израиль находятся в состоянии войны, и любые отношения с организацией во враждебной стране преследуются. Во-вторых, это с политической точки зрения невыгодно. Как ты знаешь, в нашей стране велико влияние исламистов, особенно "Хезболлы". Коммунистов они недолюбливают, и если мы будем открыто поддерживать отношения с какой-либо израильской организацией, даже с КП Израиля, то везде нас воспримут как врагов. Исламисты натравят народ на Компартию. Наконец, у нас есть разногласия с КП Израиля. - Какие же? - Первое - о существовании государства Израиль. Мы не признаём за этим государством права на существование. - Как же тогда с ним быть? Что должно быть на месте Израиля? - Должна быть объединённая Палестина. Существование двух государств: еврейского и арабского - в наших условиях заведомый тупик, потому что без победы социализма эти государства будут использоваться для манипуляций со стороны империалистов. Поэтому будущее - за единой социалистической Палестиной, в которой живут палестинцы. Ведь и евреи, и арабы - это и есть палестинцы. - Это единственное разногласие? - Нет. Проблема ещё и в войне между нашими государствами. Для нас чем больше израильских солдат убито, тем лучше. Для КП Израиля - совсем наоборот. Не могут же они желать поражения своему правительству! - Большевики когда-то желали... Если вы против существования государства Израиля, возникает вопрос: признаёте ли вы за евреями право на самоопределение? - В данной ситуации это лукавство. Евреи как народ много веков назад покинули Палестину. Лишь в конце XIX века начался приток беженцев в Палестину. Влиятельные организации скупали землю и искусственно свозили евреев со всего мира, чтобы потом сказать: "Вот народ!" Эта практика продолжается до сих пор. Поселения на палестинской земле также преследуют цель закрепиться и заявить потом, что это неотъемлемая часть Израиля.Всё это вы никогда не найдёте в новостных лентах солидных СМИ. Поэтому у кого-то могло создаться впечатление, что международного коммунистического движения нет, оно иссякло. Но это не правда. В данном материале поверхностно даны лишь некоторые аспекты той могучей и бесперебойной работы, которая готовит почву и ставит своей целью коренное переустройство мира.
Оригинал статьи

