Hal-hazırda dünyada 21 milyon insan məcburi əməyə məruz qalır. İnsanlar müxtəlif səbəblərdən öz işlər yerlərini tərk edə bilmirlər: bir çoxları borc əsarətindən çıxa bilmir, bəziləri cinsi istismar hesabına insan alveri qurbanı olur, digərləri isə anadan qul olaraq doğulur.
Bu problem haqqında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə 8 fevralda nəşr olunmuş hesabatında ərtaflı danışılır. Sənəd bu günlərdə hökumət, həmkarlar ittifaqı və sahibkarların iştirakıyla baş tutan məcburi əmək problemləri üzrə ekspertlərin toplantısı üçün hazırlanmışdır, informasiya portalı «Профсоюзы сегодня» yazır.
İştirakçılar Məcburi Əmək haqda 1930-cu il Konvensiyasını (№ 29) və Məcburi Əməyin ləğvi haqda 1957-ci il Konvensiyasını (105) tamamlayan normalarının işlənməsi zəruriliyini müzakirə edir.
Bu problemlərlə mübarizə elə də asan iş deyil, belə ki, bir çox işçilər müşahidə edilməsi çətin olan yerlərdə işləyirlər, bəzi dövlətlərdə isə indiyə qədər borc əsarəti və «köləlik izi» nəzərdə tutulmuşdur.
Həmçinin əməkləri tez-tez sui-istifadə olunan ev işçiləri, eləcə də əmək miqrantları və yerli əhali də risk qrupuna daxil olunur.
Eyni zamanda hesabatda müsbət tendensiyalar da qeyd olunur — məcburi əməyə dövlət ehtiyacı azalır: dünyada 2012-ci ildə dövlət tərəfindən məcburi əməyə təhrik edilənlərin sayı, dünyadakı 21 milyon məcburi əmək qurbanının 10%-ni təşkil edib. Lakin bir çox ölkələrdə əməyə məcbur etməyə görə qaydaları pozanları əhəmiyyətli dərəcədə qorxutmayacaq kiçik cəzalar nəzərdə tutulur.
BƏT «2012-ci ildə Məcburi əməyin qlobal qiymətləndirilməsi» hesabatından faktlar və rəqəmlər:
- Dünyada 11,4 milyon qadın və qızlar, 9.5 milyon kişi və oğlanlar olmaqla, təxminən 21 milyon insan məcburi əməyin qurbanıdır;
- Məcburi əmək qurbanlarının ümumi sayının 26% və ya 5,5 milyon nəfəri 18 yaşına çatmamış uşaqlardır;
- Demək olar ki, 19 milyon məcburi əmək qurbanı şəxsi işverənlər və ya şirkətlər tərəfindən istismar olunur;
- 2 milyondan çox insan dövlət və ya üsyançı qruplar tərəfindən işləməyə məcbur edilir;
- ayrı-ayrı şəxslər və müəssələr tərəfindən istismara məruz qalanların ümumi sayından 4,5 milyonu cinsi istismar qurbanlarıdır;
- Məcburi əməkdən istifadə edənlər və ona imkan yaradanlar böyük miqdarda qanunsuz gəlir əldə edir;
- ev əməyi, kənd təsərrüfatı, tikinti, istehsal və əyləncə sahəsi – bu problemin daha çox təsir etdiyi sektorlardır;
- miqrantlar və yerli əhali məcburi əmək münasibətlərində xüsusilə müdafiəsizdir.
