Xaqani Hass - Tapançadan ancaq ölüm gözləməlisən


ey başqa bir şey ola bilmədiyindən allah olan şey iti sənə oxşadıb ona tapınmadıq biz sən uşağı özünə oxşadıb öldürdün amma, öldürdün son dəfə güldü, və sonra uşaq olmadı (hər kəs özünü bir uşağın yerinə qoysun)      

Tapançadan ancaq ölüm gözləməlisən

 

əllərimin kiçikliyində böyüməkdir qadın sən gələnə yaxın əllərimin kiçikliyində daralır şəhər bir tabutluq yer qalır sənsizliyə quşlar balkonlarını daşıyır qanadlarında susmaqla nəyisə susmaq arasında fərqi bilmədən qanadlarından sevincli bir susmaq düşər kimi əllərimin kiçikliyində böyüməkdir sən nəyisə susmaqdan sonra gələn sən və səndən əvvəl əllərim belə kiçik deyildi

səndən əvvəl dodaqlarımda öz dodağım olurdu öz dadımı bilmirdim bədənim axmırdı bu cür bədənimə ağzımdan bütün dadlar keçmişdən gəlmişdilər gələcəyi bu qədər dadlı bilməzdim səndən əvvəl gözlərimin içindəki göz idi – gecədən sabaha sağ çıxan günəşə yaxın, hər qadın sadəcə o qadın idi hər qadın sadəcə qadın… səndən əvvəl şən və məsum deyildi fahişələr bu qədər və öpməyim gəlmirdi ağacları alnından və kimsəsiz uşaqlar öpməzdilər məni alnımdan səndən əvvəl hər şey özü idi dünyada Bakıda sahil bağında

notarius təsdiqli layihədirsə yaşamaq dünyada Bakıda sahil bağında tapançadan ancaq ölüm gözləməlisən çünki yaralamaq həyatın işidir çünki ölüm əslində insan üçündür təkcə insan yorulur ölüm qabağı çünki çiçəklər silahsızdır itlər silahsız ; hansı itin üzündə başqa itin bir gülləylə parçalanmış beyninin hansı gülün ləçəyində başqa gülün bir xənçərlə deşilmiş ürəyinin izlərini görmüsüz? ölüm insan üçündür təkcə insandır- şüurlu yorğunluq olur ölümdən əvvəl odur ki itmək istədiyi yerdə axtarır özünü insan tərk etmək istədiyi yerdə tapır odur ki dişləriniz çörək qırıntısında sular çiskin yağışda əlləriniz duada qan itirir bunu sular bunu dişlər bunu əllər səndən əvvəl bilmirdilər

sən gələnə yaxın yaşamaq bütövlükdə bir qoxuya tabedirsə beynimin içində meyid qoxusu…

*     *     *

Kölgənin ölümüdür qaranlıq

bir axşamın qaralamasıdır fevral, oxunmur və sürünərək yavaşa səbəb olub mart sarıyla hesablaşmışıq ilk ağlayışım sevmədiyim meyvədə getdi -almada qızdırmalı uşağın üzü qaldı sarıya

o qadının səsində sirli nəsə var yağışı ağlamaq üçün gözləyənlərdəndi son dəfə açanda pəncərəsini ucsuz-bucaqsız ölüb gələcək zaman yol verməməliyik misraya, misrada çoxala bilər o qadında sirli nəsə var, güldü günün hər vaxtına düşmür bu açar sevincin kilidinə ümidin qandalına düşmür sübhlə köməkləşib almışıq qəddardan günün hər vaxtına düşmür

məqsədim təzədən razılaşmaqdır dünyayla uşaqların təkcə üzləri görür sabahı, ayaqları görmür göndərilməyən məktubları o uşaq yazıb bəlkə də uşağın əlindən tutub o qadın yazıb elə indicə harasa getməliyəm gecikirəm özümə, ünvanımı dəyişməliyəm məqsədim təzədən razılaşmaqdı dünyayla uşaqların üzləri görür sabahı ayaqları görmür

*     *     *

Xeyir şizofren mifi

danış! qaranı de, məsələnyaşından asılı olmayaraq hər qara tələsir doğulan kimi heç nəyə gecikməyib indiyə qədər “zirzəmi satılır” İnqilab küçəsində, qatilin ayaq basdığı yer hələ ki ayağı boydadır üstəlik zirzəmidə çoxalır qara və yalnız orada oxuna bilir alın yazısıbundan danış!

Paks-Romanadan Paks-Amerikanaya heyvanı sevməyə nə var ki… o şey ki danışır, odur təhlükəli və danışmır susur – odur təhlükəli heyvan nə bilir susmağı, bunu de Paks-Romanadan Paks-Amerikanaya üzümü görüblər şərabda üzüm yığanı yox, üzümdə üzünü yığanı yox

Mirzə Cəlilin heykəli üşümür sabun iyi gəlmir Sabirin heykəlindən Nəsiminin dərisini soyublar bir az, bir az da Brunonu yandırıblar, vəssalam allahın müqəddəs pandomiması… bir də zirzəmi satılır İnqilab küçəsində

öz funksiyasından əl çəkməyib qara gözləri özünü Stalin sayır qəribə bir sifət taxıb üzünə qədim və bütün kişi sifətlərinin cəmi açıb buraxıb bədənindən heyvanları girov qalsa da dilənçinin qolları və ayaqları qarışqa azadlıqdadır, əl çəkməyib qara sən bundan danış!

de ki simulyasiya dilənçinin müqəddəs kitabıdır o, rəhmli İsa barışmaz Məhəmməddir tənha Musadır de ki o, dilənçidir ayaqqabısını çıxartmadan daxil olur təbəssümə de ki ümumdilənçi səsverməsi nəticəsində an-aerobol çıxacaq seçki qutusundan

danış!

təzə doğulan uşağı ölüb qadının ölüb ki sağırlar döşlərini bomba çuxuruna tökürlər südü uşaq bomba çuxurunda ölüb orda ölüb ki çuxura içirdirlər südü orda kişnəyib savaş, orda susub kişi çuxurun sahibi növbətçisidir, növbətçisi sahibidir – it it gülüşün və ağlayışın xoş məramlı səfiridir tarixdə de ki itlərə it ölümü arzulayıram

qanun uşaqları və biclər- zərurət-azadlıq dixotomiyası! qilyotinlə müqayisədə daha ağırdır ata eşqlə müqayisədə ləngdir qilyotin məhəbbətdən yaranıb bic, bundan danış, bic ölümsüzdür

və bu çörək acıdır acıdırsa ağlayanların unundanıdır suyu əzilənlərin suyudur gözü bizdədir bu çörəyin qışı qışqırır, palçığı və öz kefindədir meyvə ac ölənlərin üzünə oxşamaqda şəkildəki özüdür, azalmağın arxiv materialıdır yemə!

çoxalır qara

de ki itlərə it ölümü arzulayıram

*     *     *

 

Şər şizofren mifi

ey başqa bir şey ola bilmədiyindən allah olan şey

iti sənə oxşadıb ona tapınmadıq biz sən uşağı özünə oxşadıb öldürdün amma, öldürdün son dəfə güldü, və sonra uşaq olmadı (hər kəs özünü bir uşağın yerinə qoysun)

ey respublikanın ancaq “res”ində olan uşaq yuxun niyə gəlmir? dövlətimizdə sabitlikdir niyə acmısan? göy rəngi verək sənə, dənizini özün yarat üşümə! hansı yaza üşüyürsən? əlini qaldır və quş dilində danış: “hərkəs özünü ölü bir uşağın yerinə qoysun” lövhəyə dəniz ləhcəsində yaz: “bakirələr gözəl uşaqlar doğmayacaqlar” qulağını göstər, və sünnətini çığır eybəcərliyini

ey özünü bir dəfə satan özünü birdəfəlik ərə satan evli fahişələr nə gözəldir döşləriniz baldırınız qasığınız respublikanın “res”idir döşləriniz və qasığınız əllərinizi öyrədin, arabir toxunsun “publika”nıza çörəyi haranızla yediniz? haranızla yediniz? (hər kəs əlini qasığından aşağı qoysun)

ey it, və itliyində bizə səslənən şey bütün hürüşlərində sabitlik əlaməti var sən hürəndə əzan oxunur, oyanır və susuruq sən də prezidentə səslənirsən? səslən, it, səslən! səsinə səs verəcək sən respublikanın “res”ində və “publika”sındasan

xalqıq biz, nə “res”ində nə “publika”sındayıq respublikanın allahımız çox hökmdarımız birdir Mavəraünnəhrdə sudan başlayıb qanımız xalqıq biz, bir qəzetin cinayət xəbərləri səhifəsindəyik xalqıq, qəribə bir dildə yazılmışıq tərcümə olunmuruq həyata (hər kəs özünü bir cümlənin yerinə qoysun)

*     *     *

 

Qırmızı

bütün rənglərin başqa rəngi qırmızıdır qırmızının başqa rəngi qırmızıdır həyatın başqa rəngi qırmızı, ölümün başqa rəngi qırmızıdır. qırmızı çağırır –insanı həyata insanı özünə insanı ölümə və zülmü iqtidara quşu gülləyə çağıran odur

nə öskürək yaşılı nə təbəssüm sarısı nə qadın tənhalığından ağ-qara nə kişi qorxaqlığından tünd qəhvəyi - bizə qırmızını yalnız qırmızı öyrədir qırmızını özü öyrədir

əllərindən su içib böyümüşük, qırmızı gələcəyə inanmağı gilas yığaraq öyrənmişik döşlərindən dizlərindən öpüb diz çökməyi gözlərindən öpüb ayaq üstdə ölməyi tanımışıq.

təkcə sən danışa bilərsən, qırmızı başqa rənglərin sözü tükənib bir sözünlə təzədən doğulacaq, bir baxışınla dan yerindən axacaq qaranın həqiqi rəngi.

   

 *     *     *

   

Azad seçim 

Adam gərək özünə ölüm seçə dünyaya gətirilən kimi; vaxtını, növünü, fəslini və səbəbini özü seçə, bir də ölüm yoldaşını Ondan sonra yaşamaq asanlaşacaq.

*     *     *

Oğulluq (anarxist manifest) 

Özümü çıxardıram oğulluqdan oğulluğun hər növündən; atanın oğlu vətənin oğlu vətənin atasının oğlu "ayağının altında cənnət" cənnətlik ananın oğlu. ana vətənin oğlu atalığınız, vətənə atalığınız, analığınız, müqəddəs analığınız başınıza dəysin. Mənə dəyməyin!

*     *     *

Silsilə 

Qardaşım çörək qazanır halbuki cəsarətə ehtiyacı var Bacım xəstəxanadadır, milli feodalizmin qurbanı kimi Atam dövlətdən qorxur ölümdən qorxduğu qədər. Görünür anamın baxtı yoxdur Mənə gəlincə, dövlətdən qorxmuram, ölməyə də vaxtım yoxdur; insan olduğumdandır, qocalmaqla məşğulam.