Dünyanın ən varlı şəxsləri qlobal iqtisadi böhrandan və onun nəticələrindən uğurla xilas oldu. Faktiki olaraq, indi onlar 5 il əvvəlkindən daha varlıdırlar.
“Forbes” jurnalında dünya milyarderlərinin illik siyahılarına baxdıqda bu qrupun 2008 və 2009-cu illər arasında öz sərvətinin yarısını itirdiyi görünür. Lakin məhz son iki ildə onların itkilərini bərpa etməsi sübut etdi ki, bu yalnız müvəqqəti eniş idi (aşağıdakı cədvələ baxın). Əgər yoxsul insanlar da böhrandan bu şəkildə çıxsaydı, yoxsulluğun kökünü kəsmək daha asan olardı.
|
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
|
|
Milyarderlər, ümumi rəqəm |
899 |
1125 |
793 |
1011 |
1210 |
1226 |
|
Xalis dəyər, ümumi |
3,500 |
4,400 |
2,400 |
3,600 |
4,500 |
4,600 |
|
Hər milyarderə düşən xalis dəyər |
3.89 |
3.91 |
3.03 |
3.56 |
3.72 |
3.75 |
Qeyd 1: Rəqəmlər cari milyard ABŞ dollarıdır.
Qeyd 2: Sərvətlər ilin hər fevral ayında hesablanılır.
Hətta gəlin, dünyanın ən varlı və ən kasıb təbəqələri arasında müqayisə aparaq. Yoxsul insanlarla bağlı ən son statistika 2008-ci ildə təqdim olunduğuna görə müqayisələr aparmaq üçün “Forbes”in 2008-ci il buraxılışının siyahısından istifadə etdim. Bunun nə olduğunu anlamaq üçün aşağıdaki sadə riyazi məsələyə baxaq: bugünkü dünyamızda dəhşətli bərabərsizliklərə ümumi bir baxış.
Dünya Bankının məlumatına əsasən, təqribi 1.3 milyard insan kəskin yoxsulluq şəraitində (gündə 1.25 dollardan az gəlirlə) və 3 milyarddan çox insan isə yoxsul vəziyyətdə (gündə 2.5 dollardan az gəlirlə) yaşayır. Əgər insanların sayını gündəlik xərc rəqəmləriylə və 365 günlə vursaq, aşağıdaki nəticəni əldə edərik.
Kəskin yoxsulluq şəraitdə yaşayan insanların “illik sərvəti” 600 milyard ABŞ dolları olduğu halda, bu rəqəm 1.7 milyard yoxsul üçün 1.5 trilyon ABŞ dolları, ümumilikdə isə üç milyard yoxsul üçün 2.1 milyard ABŞ dolları təşkil edir.
Başqa sözlə desək, 17 ən varlı şəxsin sərvəti 1.3 milyard kasıb insanın illik sərvətinə bərabərdir (17=1 300 000 000). Eyni zamanda 140 ən varlı insanın (az hallarda isə “ailənin”) sərvətinin cəmi səfalət içində yaşayan 3 milyard insanın mülkünü əks etdirmək üçün kifayətdir (140=3 000 000 000 000).
Əlbəttə, bu yolverilməzdir. Aclıq içində yaşayan 3 milyard insan dolanmaq üçün hərtərəfli imkanlara sahib olsaydı, daha yaxşı şəraitdə yaşayardılar. Milyarderlər isə dünya miqyasında elitist və təcavüzkar dövlət quruluşları tərəfindən bu dərəcədə imtiyaz sahibi olub dəstəklənməsələrdi, haqlı kimi qələmə verilməzdilər.
(c) solfront.org
