Bolqarıstan Kommunist Partiyası (BKP) tərəfindən hazırlanmış və rəhbərlik edilmiş sentyabr üsyanı 9 iyun 1923-cü ildə ölkədə hərbi-faşist diktaturasının qurulmasına cavab idi. Xalq kütlələrinin Aleksandr Sankovun hökumətindən narazılığının artmasını, bahalılıq və inflyasiyanın artmasını nəzərə alaraq, BKP MK 1923-cü il avqustunda antifaşist üsyanının hazırlanması haqqında qərar qəbul etdi və vahid antifaşist cəbhənin yaradılması şüarını irəli sürdü.
Üsyanın hazırlanması terror şəraitində baş verirdi: 12 sentyabrda Sinkov hökuməti 2500-ə yaxın kommunisti həbs etmiş, 21 sentyabrda Sofiyada Hərbi-inqilabi komitəni dağıtmışdı.
Üsyan 22-sindən 23-ünə keçən gecə başladı və daha çox Bolqarıstanın şimal-şərqi hissəsində yayıldı, burada Ferdinand şəhərində hərbi-inqilabi komitə yerləşirdi. Rayonun bir sıra kəndlərində hakimiyyət işçi-kəndli komitələrinin əlinə keçdi. Üsyan digər rayonları, xüsusilə də Cənubi Bolqarıstanı da bürüdü. Üsyançılar dəstələri ordu ilə döyüşlərə girir, əyalət mrəkəzlərini, dəmir yollarını ələ keçirirdi. Üsyan 29 sentyabra kimi davam etdi.
Sankov hökuməti üsyançıların öhdəsindən amansızlıqla gəldi: 20 mindən çox insan öldürülmüş və işgəncəyə məruz qalmışdı. Sentyabr üsyanının yatırılması zamanı ordu, polis və sağ paramilitar qruplaşmalar ölkədə “ağ terror” törətdilər ki, onun qurbanları həm əsir üsyançılar, həm də üsyanın bürüdüyü rayon sakinləri idi...
Üsyanın iştirakçılarından biri, Sovet Ordusunun gələcək generalı və 1950-1958-ci illərdə Bolqarıstanın müdafiə naziri, 21 yaşlı Petr Pançevski (1902-1982) idi. Sentyabr hadisələri haqqında “Alovlu yollar” memuarında yazmışdır.
Mənbə: sandinist.livejurnal.com
23 сентября 1923 года – в Болгарии вспыхнуло антифашистское восстание.