(23 aprel 1999-cu ildə NATO-nun Serbiya Radyo-Televiziya qurumuna hücumu. Hava hücumu Belqrad hökumətinin BMT-nin hərbi qüvvələrini qəbul edərək, sülh planı təklif etməsindən bir neçə saat sonra edilmişdir.)
Rəsmi olaraq səbəb də göstərilirdi. Erlanger, “Yuqoslaviyanın prezidenti Solbodan Miloşeviç rejmini zəiflətmək üçün bir cəhd olaraq”, “NATO və amerikan rəsmiləri hücumu müdafiə etdilər”, deyə bildirirdi.
Pentaqon sözcüsü Kennet Bakon, Vaşinqtonda bir rəsmi açıqlamada “Serb televiziyası, serb ordusu qədər Miloşeviçin cinayətlərinin bir parçasıdır”, yəni hücumun haqlı olaraq hədəfidir deyidir.
Erlanger, Yuqoslaviya hökumətinin, “Bütün xalqımız prezidentimizlədir, Slobodan Miloşeviçlədir”, deyildiyini xatırladır və “hökumətin bunu dəqiq olaraq haradan bildiyi bir müəmmadır”, deyə əlavə edir.
Fransızların ölülərinə yas tutduqları və bütün dünyanın qəddarlıq qarşısında cana gəldiyini oxuyarkən qeyri-ciddi şərhlər edilməməlidir. Əlavə olaraq kimin mədəniyyəti, kimin barbarlığı müdafiə etdiyinə dair dərin kökləri araşdırmaq və geniş suallar vermək də lazım deyil.
Deməli, İsak Herzog, “Terrorizm terrorizmdir. Bunun iki növü yoxdur”, deyəndə haqsız idi. Mütləq olaraq bunun iki növü var: Terrorizm, gücü sayəsində Haqlı olanlar tərəfindən daha ağır terror hücumları gerçəkləşdirəndə terrorizim deyildir. Eyniylə, Haqlı olan hücum etdiyi hökuməti müdafiə edən televiziya kanalını partladarkən söz azadlığına qarşı bir hücum yoxdur.
Eyni şəkildə insan haqları vəkili Floyd Abrahmsın “Charlie Hebdo” hücumu haqqında söz azadlığını güclü bir formada müdafiə edərək “The New York Times”da “jurnalistlərə qarşı yaşayan yaddaşımızda ən güclü hücum” şərhini qavraya bilərik. “Yaşayan yaddaş” deyəndə olduqca haqlıdı, jurnalistliyə hücumlar və terror aktları düzgün kateqoriyalara ayrılır: onlarınkı dəhşətli və bizimkilərsə haqlı və yaşayan yaddaşdan rahatlıqla çıxarıla bilər.
Həm də bunun söz azadlığına qarşı Haqlı olanın cəhd etdiyi bir çox hücumdan biri olduğunu xatırlaya bilərik. “Yaşayan yaddaşdan” rahatlıqla silinənlərdən sadəcə bir nümunə xatırlasaq, ABŞ qüvvələri 2004-cü ilin noyabr ayında Fellucedə etdiyi, İraqın hərbi işğalının ən pis cinayətlərindən olan, Felluce Dövlət Xəstəxanasının işğalı ilə başladı. Bir xəstəxananın hərbi işğalı təbii ki, elə özlüyündə ciddi bir müharibə cinayətidir. “The New York Times”ın bu barədə ön səhifəsindəki xəbər cinayəti göstərən bir foto ilə birgə çox ehtiyatla hazırlanmasına baxmayaraq. Xəbər, “xəstələrin və xəstəxana işçilərinin otaqlardan silahlı əsgərlər tərəfindən çıxarıldığını və əsgərlər onların əllərini arxadan bağlayarkən yerdə oturmaları və ya yatmaları üçün əmr edildiyi”ni bildirir. Cinayət çox məziyyətliydi və səbəbi də vardı: “Xəstəxanaya hücum eyniylə bir propaqanda silahını susdurdu: Felluce Dövlət Xəstəxanası, mülki vətəndaşların ölümü haqqında hesabatların ötürülməsini təmin edirdi”.
Bəllidir ki, belə bir propaqanda agentliyinin, böyük tərbiyəsizlikləri yaymasına icazə verilə bilməzdi.
Bu məqalə 10 yanvar 2015-ci ildə “Telesur” ingiliscənin internet saytında yayımlanıb.
(c) solfront.org