Tarixi dəyişən müharibə fotoları və yüzlərlə kəndin oxşar tarixi.
Permanent müharibələr.
Vyetnam müharibəsi ABŞ-ın kommunizmə elan etdiyi açıq ideoloji müharibə idi. Minlərlə amerikan gənci buna görə keçilməz cəngəlliklərdə qurban verildi. Əvvəl "bu ola bilməz, bu həqiqət deyil" bağıran ABŞ ordusu komandirləri- "yaxşı oğlanlar" bugün cinayətlərinə haqq qazandırır, iddia edirki, qəhrəman əsgərləri Patton, Makartura və Eyzenhauer babaları kimi borclarını yerinə yetiririb.

1967ci ilin dekabrı Charlie Company of 1st Battalion, 20th Infantry Regiment, 11th Brigade, 23rd Infantry Division (the Americal Division) - ABŞ hərbi kontingenti Cənubi Vyetnama soxulur. Onlar cənubi Vyetnamda azadlıq ordusunun apardığı partizan müharibəsindəki məğlubiyyətini ilk gündən anladı. Müqavimət mümkünsüz idi və hər gün ordu itkilər verirdi.
Amerkansayağı revanş.

16 mart gününü (1968 ci ildə) Serjant Kenneth Hodges belə xatırlayır: "Nəhayətki, bizə hesabları ödəməyə vaxt çatdı. Revanş vaxtı gəldi, biz ölmüş dostlarımızın qisasını ala bilərik. Bizə dəqiq anlatdılar ki, əsirlər olmamalıdır. Kimsə bunun qadın və uşaqlara aid olub olmamasini soruşdu. Əmr kənddəki hər kəsə aid idi. Onlar amerikalılara düşmən gözü ilə baxırdılar. Aydın oldu ki, bu kənddə heç kəs bağışlanmağa layiq deyil."

O gün fotoqraf Ronald L. Haeberlenin üzərində iki fotoaparat vardı. Bunlardan biri, şəxsi sayılan (bu haqda məlumat verməmişdi) “rəngli” və ABŞ ordusuna məxsus, xidməti “ağ-qara” kamera idi.


Cənubi Çin dənizi sahilindəki Quang Ngai vilayəti, My Lai, My Khe və Son My kəndələrində 504 (əksəriyyət uşaq, qadın və qocalar) nəfər öldürülür. Hadisəni- qətliamı öz şəxsi fotoaparatı ilə gözdən yayınaraq Ronald L. Haeberle çəkə bilir.

Faktlar, sağ qalan bir neçə şahidlər olsa da, fotolarsız bugün dünya bəlkədə xəbərsiz qalardı. Necəki bir ildən çox bu haqda heç kim, heç nə danışmadı. 1969-cu ilin 5 dekabrında qətliam haqda sol jurnalist Seymour Hershin "Life" jurnalında şok edici məqaləsi dərc olunur. Jurnalist araşdırmasına görə nüfuzlu Pulitser mükafatına layiq görülür.

“Insan hüquqlarının müdafiəçisi” ABŞ-ın mövqeyini həmin gün birinci tağıma komandalıq etmiş, cavabdehlik daşıyan leytenant William Laws Calley şərh etdi: "Biz Son Mya insanları öldürməyə girməmişdik. Biz ora kommunizmi məhv etməyə getmişdik. Ona görə məni kabus izləmir. Kommunizmə münasibətim eyniylə cənubluların zəncilərə yanaşması kimidir." Qətliama görə yalnız William Calley cəzalandırıldı, əgər 3 günlük türmədə saxlanılmanı cəza hesab etmək olarsa. 1971-ci ilin 29 avqustunda William Laws Calleyə amerikan məhkəməsi ömürlük azadlıqdan məhrumetmə və katorqa cəzası hökmü çıxardır. O sakitcə qulaq asır. Çox keçmir. Elə bu arada da "humanist" prezident Nikson tərəfindən amnistiyaya düşür və sonucda William Laws Calley 500-dən çox adamın qətlinə görə yalnız 3 illik ev dustağı olur. İndi də sağdır. 40 ildən sonra isə keçən il verdiyi müsahibədə riyakar şəkildə qətliamda rolu olduğunu boynuna alaraq bundan peşmançılıq hissi keçirdiyini bildirdi. Hazırda həblər qəbul edir, psixiatr məsləhəti alır.
(c) www.solfront.org