Kubada ağciyər xərçəngi əleyhinə ilk vaksin qeydə alınıb. BBC xəbər verir ki, yanvarın 13-ü layihənin başçısı doktor Xizela Qonsales bildirib ki, Kubada ağciyər xərçəngi əleyhinə ilk vaksin qeydə alınıb.
CIMAVAX-EGF adlı vaksin,xəstə hüceyrələrlə birlikdə sağlamları da məhv edən şüa və kimyəvi terapiya kimi digər şiş əleyhinə vasitələrdən fərqli olaraq birbaşa şişin özünə təsir edir.
Vaksin Havana Molekulyar İmmunologiya Mərkəzi (MİM) əməkdaşlarının 15 illik əməyinin məhsuludur. Bu, öz növündə yeganə olan dərman gecikmiş mərhələlərdə ağciyər xərçəngini “idarə oluna bilən xronik xəstəliyə” çevirməyə imkan verir.Vaksin 2008-ci ildə Kubada sanitar qeydiyyatdan keçib və hal-hazırda onun bir sıra Cənubi Amerika ölkələrində,o cümlədən Kolumbiya,Braziliya,Argentinada qeydiyyatı üzrə işlər gedir.
Qonsales bildirdi ki, bu vaksin hamıda olan zülal əsasında yaradılıb: xərçəng zamanı nəzarətdən çıxan,hüceyrə proliferasiyası prosesiylə əlaqəli olan epidermisin böyümə faktoru. Mütəxəssis qeyd etdi ki,orqanizm “lazım olanı” qəbul edir və “yad olanı” kənarlaşdırır, ona görə də vaksin yaradıcıları elə kimyəvi birləşmə düzəltməli oldular ki, ”onun köməyi ilə bu zülala qarşı əkscisimlər yaratmaq mümkün olsun”.
CIMAVAX-EGF vaksinini xəstə şüa və kimyəvi müalicə kursu keçdikdən sonra tətbiq etməyə başlayırlar. Yeni vaksinin istifadəsi “terapevtik alternativ” olmadıqda müalicənin son mərhələsi hesab olunur, çünki onun köməyi ilə “toksik təsir olmadan şişin inkişafının dayandırılmasına” nail olurlar. Bundan əlavə, AMİ-TASS yazır ki, dərman xəstələrin həyat keyfiyyətinin yüksəldilməsində və ömürlərinin uzadılmasında istifadə oluna bilər.
Ukraynanın dərman vasitələri üzərində dövlət nəzarəti portalı xəbər verir ki,Ukraynada xərçəng əleyhinə dərman preparatları və vaksin istehsalı üzrə Ukrayna-Kuba birgə müəssisəsi yaradıla bilər. Bu təkliflə 2010-cu ilin 10-12 noyabr tarixində Havanada keçirilən iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq məsələləri üzrə Ukrayna-Kuba dövlətlərarası komissiyasının 10-cu iclasının iştirakçıları çıxış ediblər.
(c) solfront.org
