Pavel Kuçinski (Paweł Kuczyński) 1976-cı ildə Polşada doğulub. Poznanda İncəsənət Akademiyasını bitirib. Əsasən, müasir cəmiyyəti əks etdirən satirik və sosial mövzulu illüstrasiyalar əsasında tanınmışdır. Öz əsərlərində yoxsulluq, aclıq, qəddarlıq, ekoloji problemlər, müharibələr, siyasət və s. kimi mövzulara toxunub.
O, karikatura janrında 2006-ci ildən bəri işləyir. 2009-cu ildə dünyada tanınmağa başlayıb.





















