Türkiyə kinosunun son illər yer ayırdığı mövzulardan biri də "12 Eylül darbesi"dir. Bu sıradan "Kağıt" filmi isə seyrcisini tarixin məntiqi ardıcıllığını görmək üçün bir neçə il əvvələ aparır. Rejissoru və ssenaristi Sinan Çetin olan bu film 1977-78-ci illəri, xuntanın dövlət çevrilişindən sonra düşüncə polisinin şübhəliləri necə yerli-yersiz həbs etməsindən, işgəncələr və bu hadisələr fonunda həvəskar gənc rejissorun faciəsindən danışır. Müəllifin avtobioqrafik qeydləri əsasında 30 il idi ki, çəkmək istədiyi bu filmin 2008-ci ildə çəkilişlərinə başlanmışdır. "Kağıt" 2 il sonra mavi ekranlara çıxır.
Filmin fabulası ilə bağlı simvolik slogan belədir : "Hangi kağıt hayattan daha değerlidir?".
Sinan Çetin filmin məqsədi haqda əlavə qeyd edir : "Saçma sapan yasaklar koyanların hiç yargılanmamasını eleştirdim".
Sinopsis.
Emrah : Sabah kahvaltısında zeytin yemek yasaklansa ne olurdu?
Müzeyyen xanım : Sabah kahvaltısında zeytin yemeyiz.
Bəzi tarixlərdə qanunlar baş kəsir ."İstərsə bir kağız bir bir nəfərin ,bir ailənin, bir cəmiyyətin kəlləsini qoparar. Dövlətin kağızının üzü en kəskin qılıncdan daha kəskindir."84 dəqiqəlik sujet xəttində "yönetmen" Emrahla kiçik məmur "Müzeyyen Hanım" qarşı-qarşıya qoyulub. Atasının əczaçı görmək istədiyi Emrah həvəskar fotoqraf kimi çalışır. Arzusu aktyor dostlarının köməyi ilə sosial- işçi filmi çəkməkdir. Ancaq çıxılmaz bir vəziyyətə düşüb. Heç cür maliyyə problemini həll edə bilmir, bir "kino" adamı pul ayırmağa hazırdır, hətta masanın üzərinə pulları qoyur və çəkilişlərin başlamasını gözləyir. Çəkilişlər başlayır. Kino da hazır olur. Amma bir "kağıt"ın olması gərəkdir ki, film kinoteatrlarda ekranlara çıxarılsın.
Heç bir şey etməyən vətəndaş qanun pozmur. Mədəniyyət nazirliyinin yazılmış qanununa görə isə çəkilişdən əvvəl kino üçün icazə verilə bilər. Kinonun "kağıt"sız çəkilməsi qadağan imiş. İndi "kağıt" bürokratik sədd kimi ən böyük maneədir. Bundan sonra hadisələr başqa axarla cərayan edir. Ailədə faicə yaşanır, evini itirdiyini bildikdə "baba" intihar edir. 70- lərin Türkiyəsində bu qanunların sahibi dövlət aşkar qatilə çevrilir. 12 sentyabr Kenan Evrən çevrilişindən sonra hərbi hakimiyyət şübhəli Emrahları həbs edir.
"Dövlət nədir? Bizə xidmət etməli olan bir vasitə, ütü, su qızdırıcısı kimi bir şey deyilmi? Heç müqəddəs ütü görmüsünüz?"