28 aprel (Mikayıl Müşfiq)


28 APREL     (Mikayıl Müşfiq)
Mən əzilən bir sinifin hayqıran, Haq bağıran sədasından yarandım. Ölümlərin pəncəsində hıçqıran Məzlumların nəvasından yarandım. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yoldan alınmasın sorağın. Bir günəşin, bir məsləkin, bir aşqın Ən həqiqi mənasından yarandım. Yeni eşqi, yeni zövqü yaratan, Yeni dünya qurmaq üçün can atan, Yeni sazın tellərini çınlatan Beynəlmiləl havasından yarandım.   (c) solfront.org