Yüklə ↓ Vladimir Lenin – Karl Marks (1914)
solfront.org'un oxucuları üçün azərbaycan dilində elektron variantını təqdim etdiyi V.İ.Leninin "Karl Marks (qısa bioqrafik oçerk marksizmin qısa izahı ilə)" məqaləsi 1914-cü ildə o dövrdə Rusiyada məşhur olan Qranat ensiklopedik lüğəti üçün yazılmışdır. İlk dəfə lüğətin yeddinci nəşrinin 28-ci cildində çap edilmişdir. Senzura şərtlərinə görə "Sosializm" və "Proletariatın sinfi mübarizə taktikası" bölmələri məqalədən çıxarılmış, mətndə bir çox dəyişikliklər edilmişdir. Biblioqrafiya əlavəsi olmadan əsər 1918-ci ildə broşura şəklində müəllifin müqəddimə əlavəsi ilə dərc edilmişdir. Əlyazmanın tam mətni yalnız 1925-ci ildə çap edilmişdir.
Hazırladı: Kərim Ağayev