Eyron Leonard
Müasir solçuların arasında belə bir tendensiya müşahidə olunur – öz siyasətini hər hansı bir şeyin müdafiəsinə yönəltmək. Bu isə artıq konservatizmin bir növüdür – Kapitalizmi məhv edən hər bir şeyin müdafiə taktikasını nəzərdə tuturam.
""Kapitalı" Təqdim edərək: Birinci cildi oxumaqla" adlı kitabın nəşriylə əlaqədar olaraq müəllif Frederik Djeymisonla müsahibə
Müəllifin önsözü: Müasir zamanda demək olar ki, 150 il əvvəl yazılmış bir kitabın təhlil edilməsi bir tərəfdən qəribə görünə bilər. Hazırda yaşadığımız dünya ilə hansı əlaqəsi və pratiki əhəmiyyəti ola bilər? Amma bu işi unutmaq –Marksın “Kapital”əsərində yer almış kapitalizmin sərt tənqidini və əsas problemlərinin kökünü diqqətdən qaçırmaq olardı. Təsadüfi deyil ki, məhz "Kapital" müasir dövrün əsas suallarına cavab verir: necə oldu ki, varlılar getdikcə daha da varlanır, kasıblar isə daha da yoxsullaşır?! "Kapital" həmçinin bizə qeyd edir ki, hal-hazırda təklif edilən problemlərin həllərindən bir çoxu illüziyalara əsaslanmışdır – sadəlöv ümidə ki, kapitalizm olduğu kimi də qalaraq hər hansı bir yolla insanların əksəriyyətinin maraqlarına uyğun olmağa başlayacaq. Qısası, "Kapital"ı və Marksı öyrənmək, araşdırmaq lazımdır. Mən və Frederik Ceymison telefonda elə bu barədə danışdıq.
–Yeni əsərinizdə yazırsınız: "Kapital" – bu siyasət haqqında və hətta əmək haqqında kitab deyil– bu işsizlik haqqında kitabdır". İzah edə bilərsiniz, niyə siz belə hesab edirsiniz?
– Başa düşürəm ki, mənim ifadəm bir qədər qeyri-adi səslənir – xüsusilə Marks haqqında siyasi fikirlərlə düşünənlər üçün, – amma "Kapitalda" hər hansı siyasi hərəkətlər haqqında az qeyd olunub. Əlbəttə ki, orada kapitalist sistemin iflasına gətirib çıxaracaq kapitalizm ziddiyətlərindən yaranan cəmiyyət güman edilir. Mən heç də iddia etmirəm ki, Marks siyasətlə maraqlanmırdı və ya siyasi strategiyalar haqqında düşünmürdü, – amma "Kapital" məhz bu haqda deyil. Bu kitab göstərir ki, kapitalizm necə dəhşətli bir mexanizmdir. Bu işsizlik haqqında kitabdır – və, xüsusilə, Marksın da dediyi kimi o haqda ki, kapitalizmin mütləq, əsas qanunu – məhsuldarlığın artırılmasıdır. Nəticədə: "Sənaye ehtiyatının həcmi sərvətin miqdarının artmasına mütənasib olaraq artır". ("Kapital" I cild.baş. 23).
Hesab edirəm ki, bu sözlər indiki vəziyyəti çox yaxşı təsvir edir. Bu yaxınlarda “yeni iş yerləri yaradan” və biznesə dəstək barəsində respublikaçılar və demokratlar arasında əzəli mübahisələrdən qıcıqlanan kapitalistlərdən birinin fikirini eşitdim. O həmin vaxt dedi: "Axı heç kəs səhər tezdən oyanıb demir: "Nəsə birdən-birə ödəmə siyahısında işçilərin sayını artırmaq istədim, çünki bu amerika iqtisadiyyatının xeyrinə olacaq". Onun sözləri bu faktı çox gözəl təsvir edir ki, biznes yeni iş yerləri yaratmaq üçün mövcud deyil-pul artırmaq üçün mövcuddur. Marksın “Kapital”da qeyd etdiyi də məhz budur. Məhsuldarlığın artırılması ilə iş yerlərinin yaradılması arasında bilavasitə əlaqə yoxdur.
Bu, Keyns iqtisadiyyatının prinsiplərinin hələ də tətbiq olunduğu ölkələrdə o qədər də aydın nəzərə çarpmırdı, qəbul edilmirdi. Keyns özü də anlayırdı – istehsal olunmuş əmtəəni almaq üçün kifayət qədər pulu olan işçilər də vardır. Bununla belə, Reyqanın və Tetçerin dövründən başlayaraq, kapitalın fundamental məntiqi getdikcə daha da Marks tərəfindən təsvir edilmiş sistemə oxşamağa başladı. Problem indi yalnız iş yerlərinin başqa ölkələrə yerdəyişməsindən ibarət deyil – biz hər yerdə baş alıb gedən bir proseslə qarşılaşmışıq. Siz fabrikləri geri, ABŞ-a qaytarmaq istəyirsiniz – amma digər tərəfdən, siz həmçinin onların məhsuldar olmasını da istəyirsiniz? Məhsuldarlıq istehsalın bütövlükdə avtomatlaşdırmasını və işçilərin sayının azaldılmasını nəzərdə tutur. Bu ki, aydındır. Hesab edirəm ki, biz məşğulluq və belə bir sistem arasında dərin ziddiyyətlə qarşı-qarşıyayıq. Məşğulluq haqqında tez-tez səsləndirilən siyasi tələb –elə sistemin təmin edə bilmədiyi tələbdir.
– “"Kapitalı" Təqdim edərək" əsərində, – "Dialektikanın valentliyi" əsərində olduğu kimi, – siz iddia edirdiniz ki: “Marks "1844-cü ilin İqtisadi-fəlsəfi əlyazmaları"-da kapitalizmin son üfüqü kimi dünya bazarının əhəmiyyətini inadla təkid edirdi". O bu fikri daha dəqiq necə ifadə edirdi və bu gün həmin fikir nə dərəcədə aktualdır?
– "Əlyazmalarda" bu suala bir az yer ayrılmışdır, amma indiki halda əsas məsələ kommodifikasiyanın universallaşdırılmasından ibarətdir – muzdlu əmək hər yerdə əməyin başqa formalarını sıxışdırıb çıxardır: qul və ya feodal olmasından asılı olmayaraq. Məsələn, siz qərbi Avropada muzdlu əməyin hökmranlığını gördükdə kapitalizmin necə bir mexanizm olduğunu anlamağa başlayırsız. Siz anlayırsınız ki, indi baş verən proses nə qədər universaldır.
"Əlyazmalara" haşiyələrdən birində Marks deyir: Dünya bazarının hüdudlarını aşmayınca dünya sosialist inqilabı gəlməyəcək. Marks burada bunu nəzərdə tuturdu: əməyin bütün başqa formaları addımbaaddım bütün dünyada muzdlu əmək tərəfindən sıxışdırılacaq – bununla da onlar tərəfindən əldə edilən gəlir kapitalla (əlavə dəyərdən gələn) sıxışdırılacaq.
Kapital böhran vəziyyətinə və ya ziddiyyətlərə çatdıqda nə baş verir? Onda iflas anı başlayır. Bu əsərdə mən qeyd edirəm ki, kapitalizm "belə bir xüsusi mexanizmdir – onun təkamülü öz süqutundan, ekspansiyası iş problemlərindən, inkişafı isə onun kollapsından ayrılmazdır". Sistemin iflasının əsası elə onun özünü inkişafıyla və artımı ilə qoyulub. Məsələn, kəndlilər fermerlərə, sonra isə işsizlərə çevrildilər – sistem bu yolla əməyi daha da ucuzlaşdırmağa çalışır və sonda vəziyyət elə bir nöqtəyə gəlib çatacaq ki, artıq ucuz əmək daha olmayacaq, eyni zamanda da istehsal edilmiş məhsulları almağa adam olmayacaq.
Düşünürəm ki, bu bizim mövqeyimizdən görünür, hətta XX əsrdə göründüyündən də aydın. Bir dəfə kapitalizm dünya bazarının sərhədlərinə çatdıqdan sonra daha genişlənə bilməyəcək. Biz indi belə bir nöqtədəyik. İndi həmin inkişaf sərhədlərinin yaxınlaşması hətta Marksın dövründə olduğundan daha yaxşıdır. Müəyyən nöqtəyə çatdıqdan sonra, sistem daha mövcud ola bilməyəcək – o ya dağılmalı, ya da başqa bir sistemlə əvəz olunmalıdır. Əlbəttə, bir çoxları əvvəllər düşünürdülər ki, Marks sosializmin zəruriliyi haqqında danışırdı – amma hələ "Kommunist partiyasının Manifestində" o bu haqda yazırdı ki, ya “inqilabi yenidənqurma” baş verəcək, ya da “mübarizə aparan siniflərin ümümi məhvi”. Buna görə sosializm heç də qaçılmaz deyil – bu artıq insanın atdığı addımdan və siyasi praktikadan asılı olacaq.
– Öz kitabınızda yazırsınız: "Marks inqilabi siyasəti "gələcəyin poeziyasıyla" birləşdirməyə çalışırdı – o şəxsi nümunədə göstərməyə çalışırdı ki, sosializm kapitalizmdən daha müasir və məhsuldardır. Belə bir futurizmi və daxili inamı özü üçün yenidən kəşf etmək – solun "diskursiv mübarizə"sinin fundamental məsələsidir". Bu haqda daha ətraflı danışın: "futurist sosializmi" necə qəbul etmək lazımdır?
– Yeni nailiyyətlər həmişə Marksı çox maraqlandırırdı: kimyəvi gübrələr ( indi artıq bu gübrələr yaxşı bir şey kimi qəbul edilməsə də, o vaxtlar "yaşıl inqilaba" imkan yaradırdı), sualtı kabellərinin üzlənməsi – o vaxtın bir çox digər yeniliklər onda marağa səbəb olurdu. O, sosializmi daha qabaqcıl formasiya kimi təsəvvür edirdi – həm texnoloji, həm də bütün başqa münasibətlərdə. Amma Reymond Uilyams isə bu haqda yazırdı ki, insanlar sosializmi primitiv cəmiyyətə qayıtmaq üçün daha çox nostalji bir şey kimi qəbul edirlər. Uilyams sosializm haqqında belə təsəvvürə etiraz edərək iddia edirdi ki, sosializm heç də daha primitiv deyil, mövcud nizamdan daha mürəkkəb bir nizam olacaq.
Müasir sol mühitdə müəyyən tendensiya müşahidə olunur – öz siyasətini hər hansı bir şeyin müdafiəsinə yönəltmək. Amma bu artıq konservatizmin növüdür – mən kapitalizmin məhvini sürətləndirən hər şeyin xilas taktikasını nəzərdə tuturam: təbiəti, insan cəmiyyətlərini, şəhərləri, mədəniyyəti və sair. Sol, tarixin gedişatını ləngitməyə çalışaraq ən nostalji mövqeni tutdu. Valter Benyaminin bu tendensiyanı yaxşı simvolizə edən belə bir ifadəsi var ( hərçənd ki, onun özünün bu ifadə haqqında fikirlərini bilmirəm). O deyirdi ki, inqilablar hərəkət edən qatarın "stop-kranını qopararaq" qatarı dayandırır. Düşünmürəm ki, Marks bu qayda ilə düşünürdü. Mənə elə gəlir ki, Marks hesab edirdi ki, məhsuldarlıq yalnız kapitalizmin qandallarından qurtularkən artacaq. Təşkilata, texnologiya və istehsala gəldikdə isə – Marks heç də əl əməyinə qayıtmanı arzu etmirdi. O əksinə, irəliləyişi və avtomatlaşdırmanın və kompyuterləşdirmənin hər cür kompleks formalarının tətbiqini istəyərdi.
(c) solfront.org
[Yazı original məqalədən solfront.org üçün hazırlanmışdır]
