"Dubay" deyiləndə gözlərimiz önünə "Bürc əl-Ərəb" və ya 7 ulduzlu Otel, lüks həyat gəlir. Amma bir fotoqraf kimi mən bu şəhəri salan insanları, fəhlələri çəkmək niyyətində idim. Amma gördüyüm mənzərələr düşündüklərimdən daha dəhşətli idi.
20 m2-lik otaqda 18 adam yaşayırdı. Vəhşi kapitalizm deyilən şey yəqin ki bu idi.

Yoxsul iranlı çörəkçilər. Usta Həsən deyir ki, 3 ildir ailəsini görmür. Qazancı da 350$. Aylıq xərci 200.

20 2m-lik otaqda 18 pakistanlı yaşayır. Bəziləri səyyar satıcı, bəziləri taksi sürücüsüdür. İmkansızlıqdan bir yerdə qaldıqlarını deyirlər.

Bu otaqda Banqladeşdən olan immiqrant fəhlələr yaşayır. Bu şəraitdə.

Bir işçi. Dubayın istisinə dözməyib istirahət edir, həmçinin müştəri gözləyir.

Əsasən Pakistan, Hindistan ve Banqladeşdən olan yoxsul immiqrantların yaşadığı bölgədə bir məhəllə. Otaqlardakı sıxlıq ucbatından bəziləri evlərin damında yatır.

Əsasən Pakistan, Hindistan ve Banqladeşdən olan yoxsul immiqrantların yaşadığı bölgədə bir məhəllə.

Banqladeşli Racaunun 3 uşağı var. O deyir ki, uşaqlarının üçü də Dubayda doğulub. Amma burada vətəndaşlıq almaq mümkün deyil.

Racau gecələr harda yatdıqlarını bizə göstərir.

Pakistanlı immiqrantların yaşadığı evlərdən biri. Evin içi astanadan belə görünür. 40 dərəcə istidə bu otaqda 8 nefer yaşayır. Nadir hallarda belə evlərdə kondisioner olur.

Bu cür immiqrantlar imkansızlıqdan 1 qarış boş yerin de qədrini bilir.

Nepalli Pinto gündüzlər işlədiyi inşaatın qarşısında yatır gecələr.
Dünyanın ən hündür binası Burc əl-Ərəbi də bu fəhlələr tikiblər özlərinin üzərində. Amma heç kim bu cansız binaların kölgəsində dayanmiş bu işçiləri görmür.

Gün ərzində 16 saat işləyən Banqladeşli tikişçilər.
Foto və mətn: Abbas Atilay