Pol Kruqman. İslandiya: seçilməyən yol.
Amerika tədqiqatçısı Pol Kruqman, iqtisadiyyat sahəsində qeyri-neoliberal baxışlı çox az Nobel mükafatı laureatlarından biridir (bildiyimiz kimi, Nobel iqtisadiyyatı elm hesab etmədiyindən bu sahədə mükafat təsis etməmişdir və belə bir mükafat daha sonralar iqtisadçı-bazar nümayəndələrinin bir-birini mükafatlandıra bilməsi üçün İsveçdə təsis edilmişdir). Maliyyə böhranının başlanğıcından Kruqman tənzimləmə siyasətinin iflasla nəticələnəcəyini proqnozlaşdıran analitiklərdən idi.
Onun aşağıdakı hesabatı 2011-ci ilin oktyabrında Reykyavikdə səsləndirilmişdi.
Maliyyə bazarları cümə axşamı səhər saatlarında Brüsseldə baş tutmuş razılaşmanı sevinclə qarşılayırlar. Həqiqətən də, əgər razılaşma üçün edilmiş bütün cəhdlər uğursuzluqla nəticələnsəydi, cəmiyyətdə nələr baş verərdi, razılaşmanın detalları nə qədər işlənmiş olsa da və yekunda baş tutması mümkünsüz görünsə də, Avropa liderlərinin hər hansı nöqtədə ortaq fikrə gəlmələri faktı, müsbət addımdır.
Amma vəziyyətin tam şəklini görmək üçün geriyə doğru bir addım atsaq: həm Avropa, həm də ABŞ-a böyük ziyan vuran hakim iqtisadi doktrinanın tamamilə iflası.
Sözügedən doktrina buna əsaslanır ki, böhran sonrası şəraitdə əhalinin vəsaiti hesabına banklar xilas edilməlidir. Hökumətin iqtisadiyyata nəzarətinin azaldılması səbəbindən yaranan böhran onun daha da sağa doğru irəliləməsinə gətirib çıxarır. Kütləvi işsizlik yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması əvəzinə sərt iqtisadiyyata keçilməsi üçün bəhanə olur - dövlət xərclərinin və sosial proqramların azaldılmasına gətirir.
Bu doktrinanın düzgünlüyünə inandırmaq üçün bizə alternativ yolun olmadığını, banklara köməyin və dövlət xərclərinin azaldılmasının maliyyə bazarlarının tənzimlənməsi üçün vacib olduğunu, məhz büdcə xərclərinin azaldılmasının yeni iş yerlərinin açılmasına gətirəcəyini izah etdilər. Əsas ideya isə bunda idi ki, büdcə xərclərin azaldılması istehlakçılarda və biznesdə əminlik yaradacaq, bu əminlik isə öz növbəsində dövlət xərclərinin azaldılmasının mənfi nəticələrini kompensasiya edərək əhalinin şəxsi xərclərinin azaldılmasına stimul verəcək.
Bəzi iqtisadçılar buna inanmırdılar. Bir acıdil tənqidçi isə iqtisadi artımın genişlənməsi yolunda aparılan sərt tədbirləri “özünəinamın möcüzəsi” adlandırdı.Həmin tənqidçi mən idim.
Bununla belə bu doktrina çox böyük nüfuza malik oldu. İqtisadi artımı təmin etmək üçün sərt iqtisadiyyata keçilməsi, Konqressdəki respublikaçılar və keçən il bütün Avropa ölkələri hökumətlərini heç bir maliyyə çətinliyinin olmadığına görə “büdcə konsolidasiyasına” qoşulmağa inandıran Avropa Mərkəzi Bankı tərəfindən xüsusilə dəstəklənirdi.
Keçən il Devid Kemeron Böyük Britaniyanın baş naziri seçilərkən, ağır iqtisadi şərtlərin qəbul edilməsinin iqtisadi artıma gətirəcəyinə inanaraq gecikdirmədən xərclərin azaldılması proqramını həyata keçirməyə başladı.
Ancaq indi nəticə göz qabağındadır. Ağlamalı bir təsvir alınır.
Həmin sərt iqtisadi tədbirlərinin nəticəsində Yunanıstan getdikcə daha da böhran bataqlığının dibinə çökür və heç də yunan hökumətinin lazımı tədbirlər görməməsi səbəbindən yaranmayan bu çöküş keçən həftə Avropa liderlərinin proqramın işləməməsi haqqında məxfi hesabatın hazırlanmasına gətirib çıxardı. Britaniya iqtisadiyyatı sərt iqtisadi şərtlər altında yerində sayır, biznes və istehlakçıların inamı isə artmaq əvəzinə kəskin şəkildə azalmışdır.
Bəlkə də bu siyasətin iflasının ən parlaq göstəricisi bugün uğurun tarixi hesab olunmasıdır. Bir neçə ay bundan əvvəl müxtəlif ekspertlər çətin resessiyadan sonra büdcə defisitini azaltmağa nail olan və bazarları maliyyə sabitliyinə inandırmağı bacaran Latviyanın uğurları barədə çıxışlara başladılar. 16% işsizlik hesabına əldə olunmasına, iqtisadiyyatda artım müşahidə olunsa da, böhrana qədər olan artım səviyyəsindən hələ də 18% aşağı olmasına baxmayaraq, bu doğrudan da diqqətə layiq uğur idi. Bu şəkildə, bankları xilas etmək və eyni zamanda da işçilərin səhvlərinə görə onları cəzalandırmaq-çiçəklənmənin resepti deyil. Bəs alternativ yol vardımı? Bəli. Məhz buna görə mən bu gün İslandiyadayam, alternativ yolu seçən ölkənin konfransında iştirak edirəm.
Əgər siz maliyyə böhranı barədə xəbərləri izləyirsizsə, və ya onun “Daxili iş” (İnside Job) kimi kinotraktları görmüsüzsə, onda bilirsiz ki, İslandiya iqtisadi fəlakət üçün nümunə olmalı idi. Bankirlər ölkəni tərk edərək onu böyük borclarla çıxılmaz vəziyyətdə qoymuşdular.
Bununla belə iqtisadi Armageddona aparan yolda qəribə şey baş verdi: həmin o çıxılmaz vəziyyət qaydaları pozmağa imkan verərək ənənəvi atilan addımları tamamən dəyişdi. Hamı bankları xilas etmək üçün əhalini ödəməyə məcbur etdiyi halda, İslandiya bankları müflisləşmədən xilas etmək üçün heç bir addım atmadı və əhalinin sosial müdafiə sistemini genişləndirdi. Hamı xarici investorları razı salmaq barədə düşündüyü halda, İslandiya manevr etmək üçün ölkədə kapitalın hərəkətində müvəqqəti məhdudiyyətlər qoydu.
Bəs bugün İslandiyada nə baş verir? Ölkə böyük iqtisadi ziyandan və ölkədə həyat səviyyəsinin aşağı düşməsindən xilas ola bilmədi. Amma bununla belə ölkədə artmaqda olan işsizliyin və cəmiyyətin aşağı təbəqələrinin qatlandığı ağır vəziyyətinqarşısını ala bildi. Ölkə vətəndaşları qarşısında ictimai məsuliyyət kimiəhalinin sosial müdafiəsi sistemi də pozulmadı. “Bundan da pis ola bilərdi” ifadəsi bəlkə də çox optimistifadə deyil, amma hər kəsin dağıdıcı təhlükə gözlədiyi halda əldə olunmuş belə bir nəticəni triumf hesab etmək olar. Bu yerdə qalan hamı üçün dərsdir: bizim vətəndaşların ağır şərtlər altında əziyyət çəkməsi mütləq deyil və əgər bugün xalqlar çətin sınaqlar yaşayırsa, daha da sərt hökumət tədbirləri ilə qarşılaşırlarsa, bu obyektiv mütləqiyyət demək deyil tamamilə planlaşdırılmış seçimin nəticəsidir. Hər şeyi dəyişmək olar.
(c) SOLFRONT